EN

Oleq Qazmanov erməni tanışı borcu qaytarmadığına görə məhkəməyə müraciət edib

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Xalq artisti Oleq Qazmanov Moskva Şəhər Məhkəməsinə dələduzluq işi ilə bağlı müraciət edib.

Oxu.Az "Pyatıy kanal"a istinadla xəbər verir ki, bu barədə müğənninin vəkili Roman Kuzmin.

Qeyd olunub ki, sənətçi həyat yoldaşı ilə birlikdə dələduzluq sxeminin qurbanı olması şübhəsi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.

Qazmanovlar 2019-cu ildə tanışları Gevork Sarkisyana külli miqdarda borc veriblər və o, guya puldan investisiya kimi istifadə etmək niyyətində olub.

Daha sonra Sarkisyan borcunu və onun faizlərini ödəməkdən imtina edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
97
2
oxu.az

10Sources