EN

Türkiyə XİN başçısı: ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ İsrailin siyasətinə əvvəl hesab edildiyi qədər güclü təsir göstərə bilmir.

APA xəbər verir ki, Fidan bu fikri Misirin "MBC Masr" telekanalına verdiyi müsahibədə səsləndirib.

Nazir qeyd edib ki, son hadisələr göstərir ki, Vaşinqtonun İsrailin qərarlarına təsiri əvvəlki dövrlərdə hesab edilən səviyyədə deyil.

“Amerikanın daxili siyasətində onilliklərdir mövcud olan reallıq kimin kimi idarə etməsi ilə bağlıdır. Lakin son hadisələr göstərdi ki, ABŞ İsrail siyasətinə istənilən qədər təsir göstərə bilmir”, – deyə Fidan əlavə edib.

O, həmçinin Türkiyənin bölgədəki böhranların həlli istiqamətində səylərinə diqqət çəkib.

Nazir xatırladıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın vaxtının böyük hissəsi Qəzzadakı gərginliyin azaldılması və beynəlxalq diplomatiya məsələlərinə yönəldilib.

Chosen
17
9
apa.az

10Sources