EN

Pələng anasının gözü qarşısında 18 yaşlı qıza hücum etdi

BAKI, 19 sentyabr. TELEQRAF

Hindistanın Uttar-Pradeş ştatında pələng gənc qıza hücum edib.

Teleqraf xəbər verir ki, hadisə 18 yaşlı Kamini anası ilə birlikdə iş görərkən baş verib.

Qəflətən yaxınlıqdakı tarladan çıxan pələng qıza hücum edib. O, qızı cəngəlliyə çəkib aparıb. Hadisə onun anasının gözləri qarşısında baş verib.

Qonşuların meşədə apardıqları axtarış işləri nəticə verməyib. Onlar yalnız qızın başmaqlarını tapa biliblər.

Hazırda axtarış işləri ilə yerli meşə təsərrüfatı departamentinin əməkdaşları məşğul olurlar.

Chosen
22
1
teleqraf.com

2Sources