EN

Husilər İsrailin Eylat şəhərinə hücum etdilər

Yəmənin husi üsyançıları tərəfindən buraxılan pilotsuz təyyarə cümə axşamı axşam saatlarında İsrailin Eylat şəhərində bir otelin girişinə zərbə endirib. SİA xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb. Səlahiyyətlilərin məlumatına görə, otel binasına ziyan dəyib, lakin xəsarət alan olmayıb. "Polis qəza yerini mühasirəyə alıb, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər obyektin mənşəyini müəyyənləşdirmək və onun dağıntılarını təmizləmək üçün işləyirlər. Axtarış-xilasetmə qrupları qəzanın qeydə alındığı ərazidə işləyir", - İsrail polisinin açıqlamasında deyilir. Hərbçilər pilotsuz uçan aparatı niyə tuta bilmədiklərini araşdırırlar.

Chosen
7
2
sia.az

3Sources