EN

Bu meyvə "gənclik iksiri"dir - Alimlər təsdiqlədi: İçənlər günü-gündən gözəlləşir

Nar ekstraktı "gənclik hormonu"nu artırır.

Milli.Az xəbər verir ki, Manchester Şəhər Universitetinin alimləri uzun müddətlik araşdırmadan sonra bu qənaətə gəliblər. Nəticələr Nutrients jurnalında dərc olunub.

Alimlər araşdırıb ki, gündəlik nar ekstraktı qəbul edən 55-70 yaş arası insanlarda IGF-1 səviyyəsi yüksəlir. 

12 həftə davam edən təcrübədə 72 könüllü iştirak edib. Onlar iki qrupa bölünərək gündə 740 mq nar ekstraktı kapsulu və ya plasebo qəbul ediblər. Nəticədə nar ekstraktı qəbul edənlərdə IGF-1 hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Qeyd edək ki, IGF-1 hormonu hüceyrələrin yenilənməsi, əzələ və sümüklərin möhkəmlənməsi, həmçinin damar və beyin funksiyalarının yaxşılaşdırılmasında vacib rol oynayır. Yaş artdıqca bu hormonun səviyyəsi azalır, bu isə fiziki gücün zəifləməsi, həyat tonusunun düşməsi və müxtəlif xəstəlik riskinin artması ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
5
olaylar.az

10Sources