BMT Təhlükəsizlik Şurası 23 sentyabrda Qəzza zolağındakı vəziyyətə və Ukraynadakı münaqişəyə həsr olunmuş iclaslar keçirəcək.
7Times.az xəbər verir ki, bu barədə sentyabr ayında Şuraya sədrlik edən Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Gözlənilir ki, hər iki iclas BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günü keçiriləcək və yüksək səviyyəli nümayəndələrin iştirakı ilə baş tutacaq.