EN

Şərqi Qıpçaq çöllərinin faciələri... 1860-1890-cı illər...


1853-1856-cı illərdə Qara və Azov dənizləri hövzəsi, Dunay və Qafqaz...cəbhələrində istədiyinə nail ola bilməyən çar Rusiyası XIX əsrin 60-cı illərindən başlayaraq Türk dünyasının digər sərhədləri hüdudunda - Qazaxstan və Türküstan diyarında müstəmləkə siyasətini və işğalçılıq müharibəsini cəbhə boyunca genişləndirməyə və XX əsrin başanğıcında sərhədlərini Uyğurstan bölgəsinə və Fərqanə-Tarim vadilərinə qədər genişləndirməyə müvəffəq olmuşdur. Ön cəbhə kimi ilk növbədə Turkay/Turqay bərzəxi, Şərqi Qıpçaq çölləri, İli çayı hövzəsi....Rusiyanın sıravi-piyada, atıcı süvari və kazak qüvvələri, eləcə də, torpaqsız kəndli əhalisi ilə mərkəzləşmiş mövqe qazanılmışdır.

Qeyd etmək lazımdır ki, 1801-ci ildən başalyan Rusiyanın imperiya siyasətində I Aleksandrın (1777-1825) fərmanı ilə Asiya qitəsi torpaqlarının işğalı dövlət səviyyəsində “Bütün Asiya işlərinə baxan Xüsusi Komitə”nin yaradılması (1819-1848-ci illər ərzində fəaliyyət göstərmişdir) xarici siyasət istiqamətinin müəyyən edilməsində mühüm rol oynamışdır (Komitə üzvləri sırasında Qafqaz işğalı nümayəndələrindən İ.İ.Vorontsov-Daşkovun, A.P.Ermolovun da adlarına rast gəlinir). Siyasi-hərbi qurumun fəaliyyəti (Qazaxstan və Türküstan diyarının işğal siyasətinin yürüdülməsi) xususi hesabat səciyyəsi daşıyan rəsmi 200 jurnal əks etdirilmiş və Rusiya imperiyasının Xarici Siyasət arxivində saxlanılmışdır.

Qitənin Türk-Müsəlman inzibati-dövlət idarəetmə/dövlət quruculuğu sisteminə siyasi-hərbi basqıların ilk rəsmi səhifəsi kimi 1822-ci ildə qəbul edilmiş “Sibir Qırğızları haqqında Əsasnamə” (general-qubernator M.M.Speranskinin (1772-1839) təşəbbüsü ilə), 1824-cü ildə “Orenburq Qırğızları haqqında Əsasnamə” (general-qubernator P.K.Essenin (1772-1844) səyi ilə) müddəalarının tətbiqi nəticədə əski Türk coğrafi məkanları, Qıpçaq şöllərinin şərqi, Sabir/Sibir düzənliyinin cənubu, eləcə də-Yeddihövzə, Ağ Molla, Türkay/Turqay, Aral-Tau/Ural əraziləri, Xəzəraşırı hüdudlar, Türküstan, Sır-Dərya çayı hövzəsi, Fərqanə vadisi, Buxara və Xivə bölgələri... siyasi-hərbi ilhaqa məruz qalmışlar.

Yovşanlı-gəngizli.-yulğunlu geniş Qəpçaq düzəngahının Türkay bərzəxi və Balıqçı gölü hövzəsi əski Sak-Quz/Oğuz qəbilə İttifaqının inzibati-ərazi hüdudlarına daxil olduğundan bir çox qəbilə qollarının bölgə üzrə paylanması həm də tarixi mərhələlərin artan siyasi-hərbi olaylarından yaransa da, ilkin etnoocaq məkanları qorunub saxlanılmışdır. Həmin coğrafi ərazilərin tarixi-xronoloji hadisələri ilə tanışlıq göstərir ki, xarici işğalçılıq yürüşlərindən asılı olmayaraq bölgənin kökənli Türk-Müsəlman soykökünün milli-mədəni, dini-sakral, ictimai-siyasi özgürlüyü, iqtisadi-elmi dəyərləri....qorunub saxlanılmış və tarxin amansız sınaqlarına boyun əyməmişdir. 1916-1920-ci illərdə Şərqi Qıpçaq düzəngahında (Yeddiçayarasında) Sak-Quz/Oğuz....soylu Qazax-Qırğız-Uyğur....xalqlarının soyqırımı faciələrinin kökündə çar Rusiyası tərəfindən bu kökənlilərə qarşı1860-1890-cı illərdə davamlı halda aparılan işğalçılıq siyasəti də əsas rol oynamışdır...

XIX əsrin II yarısında Qara dəniz cəbhəsində Osmanlı Türkiyəsinin hərbi-dəniz və quru mövqelərini/üstünlüklərini ələ keçirən çar Rusiyasının Türküstan diyarı hüdudlarında (900 verstlik Qazaxstan-Uyğurstan sərhədlərində) siyasi-hərbi əməliyyatlarına rəvac verməsinə əsas yardımçı qüvvə kimi Cənubi Rusiya bölgələrinin mülki əhalisi, süvari-piyada kazak qüvvələri və ordunun zabit heyəti çıxış etmişdir.Bölgənin zəngin ərazilərinə-Yeddiçayarasına və Fərqanə vadisinə çar Rusiyasının siyasi-hərbi və mülki həmləsinə Şərqi Qıpçaq çöllərindən başlanılması təsadüfi deyildi, cünki, bu hissə ucqar olduğundan Osmanlı Türkiyəsinin vaxtında köməkliyi mümkünsüz id....

Yeddiçayarası bölgəsinin cənubunda, Canbul nahiyəsində yerləşdirilmiş kazak-rus qüvvələrinə (Q.A.Kolpakovski (1819-1882), M.A.Vroçenski (1832-1895), V.V.Obux (1815-1864)...dəstələri) qarşı 1860-cı ilin 19-21 oktyabr günlərində Uzun-Ağac kəndində (Alma-Ata şəhərindən 43 km qərbdə) Qazax-Qırğız xalqının hərbi müqaviməti uğursuz və qanlı sonluqla nəticələnsə də (1500 nəfər döyüşçü Şəhid olmuşdur), milli-azadlıq mübarizəsinin ənənəsi səngiməmişdir (Çingiz xan soykökünə bağlı. Qazax xanlığının sonuncu hakimi, 1837-1847-ci illərdə milli-azadlıq mübarizəsinin öndəri Genesəri Qasımoğlunun (1802-1842) oğlu Sadıq Sultan (1837-1910) bu mübarizədə iştirak etmişdir).

1860-cı ildə Balxaş gölünün cənub-qərbində, Çu çayı hövzəsində Qazax-Qırğız xalqlarına qarşı soyqırım faciəsində, Toxmaq şəhərinin əhalisi ilə birlikdə məhv edilməsi Q.A.Kolpakovskinin hərbi bölmələri ilə yanaşı polkovnik A.E.Tsimmermanın (1825-1884)da dəstələri yaxından iştirak etmişlər.

1861-ci ilin fevral ayında çar Rusiyası məqsədli şəkildə təhkimçilik hüququnu ləğv etmişdir ki, istər Cənubi Qafqazda, istərsə də, Qazaxstan və Türküstanda olsun, Türk-Müsəlman əhlinin münbit və məhsuldar torpaqları dövlət hakimiyyətinə verilsin, ilk növbədə həmin torpaqlarda rus kəndlilərinin yerləşdirilməsi üçün hüquqi əsaslar yaradılsın.

1863-cü ildə çar II Aleksandar (1818-1881) Türküstan diyarının imperiya ilhaqına tabe edilməsi barədə siyasi-hərbi qərar qəbul etmişdir, hücumların mərkəzləşmiş hərbi-kazak hissələri ilə əlaqələndirilməsi təmin olunmuşdur. 1864-cü ilin oktyabr ayında Qaraqaş-Tağ çayı hövzəsində rus-kazak birləşmələrinə (Q.A.Kolpakovski, V.V.Obux...) qarşı döyüşlər yerli hərbi və mülki şəxslərin amansız qətliamları ilə nəticələndi, güclü müqavimət cəhdinə və birləşmiş cəbhə mübarizəsinə baxmayaraq general-mayor M.Q.Çernyayaevin başçılıq etdiyi hissələr 17 iyun 1865-ci ildə Daşkənd şəhərini işğal edə bildilər. Düşmən əlinə keçən Alma-Ata şəhəri 1867-ci ildə Yeddiçayarası inzibati-ərazi vahidinin mərkəzi oldu, rusların kütləvi yerləşdirilməsi artdı və Q.A.Kolpakovskinin 1-ci Kazak alayı yaradıldı. Qazaxstan və Türküstan-Uyğur diyarında işğallardan ruhlanan çar Rusiyası hərbi yürüşlərinə və soyqırım faciələrinə ara vermədən irəliləməyi üstün tutmuşdur.

1871-ci ildə Şərqi Türküstan-Uyğur diyarının bir hissəsini-Qulca, 1873-cü ildə Xivə və 1876-cı ildə Köykənd xanlıqları işğal edilməklə, 1882-ci ildə Fərqanə vadisi daxil əski Qıpçaq çöllərinin düzəngahını özündə birləşdirən Çöl general-qubernatorluğu yaradıldı.

1868-ci ildə Yeddiçayarasının general-qubernatoru Q.A.Kolpakovski tərəfindən qəbul edilən və 1883-cü ilədək qüvvədə olan “Yeddiçay hövzəsinə köçürülən kəndlilərin müvəqqəti Əsasnaməsi”nin icrası (Volqaboyu və Mərkəzi Qaratorpaq zonasından gətirilən rusların hesabına) bu sahədə siyasi-iqtisadi istilasının təməlini xeyli dərəcədə gücləndirmişdir.

1891-1892-ci illərdə Mərkəzi Rusiya və Volqaboyu ərazilərində aclıq tüğyan etdiyindən, rus əhalisi dilənçi və səfalət içində boğuluduğu zaman...çar Rusiyasının xarici-Asiya siyasətinə rəğmən onları Qazaxstan və Türküstan diyarının (Amu-Dərya və Sır-Dərya çayları hövzəsinə, Fərqanə vadisinə...) münbit, suvarılan əkin yerlərində, bərəkətli, ucsuz-bucaqsız örüş-otlaq sahələrində yerləşdirdilər, iri şəhərlərdə məskunlaşdırdılar.
XX əsrin başlanğıcına kimi bu bölgədə Türk-Müsəlman xalqlarına qarşı bu dövlətin xarici işğalçılıq siyasəti nəticələrinə demək olar ki, bütünlüklə həyata keçirilmiş və yeni siyasi-hərbi istiqamətlər müəyyən edilmişdir.

Amerikalı tədqiqatçı, imperiya tarixi üzrə mütəxəssis, Liverpul, Oksford və Nazarbayev universitetlərinin professoru A.S.Morrison (1978) çar Rusiyasının Mərkəzi Asiya siyasətini təhlil edərək yazmışdır ki, rus əhalisinin bu ərazilərdə yerləşdirilməsi “Milli məsələ” kimi qəbul edilsə də, yerli, kökənli əhalinin itkiləri nəzərə alınmamış, onların hüquqları bütünlüklə pozulmuş, böyük fəlakətlərə düçar olmuişlar. Bu zorla “ruslaşdırma siyasəti”nin təməlinə çevrilmişdir....

(Ardı var)

Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi

P.S. Ərənbörg şəhərinin adını ruslar dəyişəyərək - “Orenburq”, Ağ Məscid qalası/şəhərini işğalçı generalın adına-“Perovski”, Ağ Molla-“Akmola”, “Yeddihövzə bölgəsi­ni -“Semipalatinsk”... adlandırıb.

Chosen
27
baki-xeber.com

1Sources