Sabunçu rayonu, Zabrat şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az APA-ya istinadən xəbər verir ki, “Ford” markalı avtomobil “KamAZ”la toqquşub.
Qəza nəticəsində “Ford”un sürücüsü həyatını itirib.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.