EN

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qərbi Afrika ölkəsi olan Nigeriyada heyvandan insana keçən Lassa qızdırması sürətlə yayılmaqda davam edir.Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu il ərzində təsdiqlənmiş yoluxma hallarının sayı 871-ə, xəstəlikdən ölənlərin sayı isə 162-yə çatıb.Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, paytaxt Abuca ilə yanaşı ölkənin 21 ştatında daha Lassa qızdırması halları qeydə alınıb. 25–31 avqust tarixlərində 10 yeni yoluxma təsdiqlənib və bununla da 1 yanvar–31 avqust aralığında yoluxma sayı 871-ə yüksəlib.

 

Ölkədə ötən il Lassa qızdırması nəticəsində 190 nəfər həyatını itirmişdi. İlk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno ştatında aşkarlanan virus hazırda Mali, Toqo, Qana, Liberiya və Syerra-Leonedə də yayılıb.

Xəstəlik əsasən siçan nəcisindən insana keçir, daha sonra insandan insana yoluxa bilir və ölümcül qanamalı qızdırmaya səbəb olur. Rəsmilər əhalini siçan və digər gəmiricilərlə təmasdan uzaq durmağa çağırıb. (Sonxeber.az )Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
1
bizim.media

2Sources