EN

İlkay "Qalatasaray"la ilk ÇL oyunundakı darmadağını şərh etdi

Türkiyənin "Qalatasaray" klubunun ulduz yarımmüdafiəçisi İlkay Gündoğan Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə səfər matçı barədə təəssüratlarını bölüşüb. 

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı türk əsilli almaniyalı futbolçunun fikirlərini belə təqdim edib: "Rəqibin ilk qolu oyunda dönüş nöqtəsi oldu. Bundan sonra meydanda demək olar şansımız olmadı. Növbəti matçda daha yaxşı oynamalıyıq. Birlikdə olub bir-birimizə dəstək olmalıyıq. Komandamıza inanıram". 

Qeyd edək ki, İstanbul klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniya təmsilçisinə 1:5 hesabı ilə uduzub. Türkiyə nəhəngi Çempionlar Liqasında növbəti oyununu evdə İngiltərə təmsilçisi "Liverpul"a qarşı keçirəcək.

Mirağa

Chosen
40
1
fanat.az

2Sources