2025-ci il oktyabrın 28-də "Sabunçu Bazarı” ASC öz səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Sabunçu Bazarı” ASC-nin əsas səhmdarının vəfatından sonra onun paylarının qanuni varisi qismində həyat yoldaşına keçməsinin təsdiqi.
2. “Sabunçu Bazarı” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi.
Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10:00-dan 17:00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında, səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.