EN

"Bölgədə ev sahibiyik" - Ərdoğandan Netanyahuya

"Biz bu bölgədə ev sahibiyik, heç kim bizə tarix dərsi verə bilməz".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid qohumları, qazi və qazi qohumlarının dövlət müəssisələrində yerləşdirilməsi üçün püşkatma mərasimində deyib. 

"Qəzza qəssabı Netanyahunun başçılıq etdiyi qətliam şəbəkəsi öz qəddarlığında və vəhşiliyində sərhəd tanımır, hər gün yeni bir ölkəyə hücum edir. Biz bu bölgədə qonaq deyilik, ev sahibiyik. Qiyamətə qədər burada olacağıq. Biz tarix səhnəsində yeni dövlət deyilik. Heç kim bizə tarix dərsi verə bilməz", - deyə o qeyd edib. 

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Ərdoğana Qüdsün onlara aid olduğunu xatırlatmışdı: "Bu, (Qüds - red.) bizim şəhərimizdir, cənab Ərdoğan, sizin deyil. O, həmişə bizim olacaq".

Ağarza Elçinoğlu

Chosen
22
2
unikal.az

3Sources