EN

Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

2025-ci il oktyabrın 28-də  "Sabunçu Bazarı” ASC öz səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Marja xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Sabunçu Bazarı” ASC-nin əsas səhmdarının vəfatından sonra onun paylarının qanuni varisi qismində həyat yoldaşına keçməsinin təsdiqi.

2. “Sabunçu Bazarı” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi.

Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10:00-dan 17:00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında, səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
marja.az

3Sources