EN

Amerikalı aktyor Bred Everett Yanq avtomobil qəzasında öldü

46 yaşlı amerikalı aktyor Bred Everett Yanq avtomobil qəzasında həyatını itirib.

Doğru.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 14-də Kaliforniyada Ventura Freeway-də baş verib. Aktyor təkbaşına hərəkətdə olarkən əks istiqamətdən gələn avtomobil onun maşınına çırpılıb.

Bred Everett Yanq qəza yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, o, “Grey’s Anatomy”, “Charmed”, “Charlie’s Angels” və digər filmlərdə rol alıb.

DOĞRU.AZ

Chosen
22
1
dogru.az

2Sources