EN

İslamabadda Azərbaycanın Suverenlik Günü

Azərbaycan Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ən nüfuzlu universitetlərindən olan Müasir Dillər Universitetində “Suverenlik və Konstitusiya: Dövlətçiliyin möhkəmləndirilməsi” mövzusunda seminar keçirilib.

Seminar Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, habelə 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə əlaqədar təşkil olunub. Ali təhsil ocağının müəllim-tələbə heyətinin, beyin mərkəzlərinin nümayəndələrinin, media və QHT təmsilçilərinin qatıldıqları seminarda çıxış edən Azərbaycan səfiri Xəzər Fərhadov “Konstitusiya və Suverenlik İli” və 20 Sentyabr – Dövlət Suverenliyi Gününün mahiyyəti ilə bağlı geniş məlumat verib. Bildirilib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.

Pakistanın hüquq, ədliyyə, parlament işləri və insan haqları üzrə sabiq federal naziri Ahmer Bilal Sufi, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, NUML-in Xarici dillər fakültəsinin dekanı, professor Cəmil Əsgər Cami və digərləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa edən tarixi qələbələrindən, işğaldan azad edilən ərazilərdə aparılan quruculuq və abadlıq işlərindən, keçmiş məcburi köçkünlərin ata-baba torpaqlarına Böyük Qayıdışından, Azərbaycanın müasir dövlətçiliyinin təməlini təşkil edən konstitusiya dəyərlərinin qorunması və bu istiqamətdə atılan addımların əhəmiyyətindən, eləcə də yüksələn dinamika ilə inkişaf edən Azərbaycan ilə Pakistan arasındakı əlaqələrdən bəhs ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

XQ

Chosen
14
2
xalqqazeti.az

3Sources