EN

Sentyabrın 21-də ilin sonuncu Günəş tutulması olacaq

Üç gün sonra, sentyabrın 21-də ilin sonuncu Günəş tutulması baş verəcək.

Doğru.az xəbər verir ki, Günəşin Ay tərəfindən maksimal örtülməsi Moskva vaxtı ilə saat 22:43-də müşahidə olunacaq.

Astronomiya Tədqiqat Laboratoriyası (XRAS) bildirib ki, bu dəfə tutulma Yerin böyük hissəsi üçün əlçatan olmayacaq. Ayın kölgəsi əsasən Avstraliyanın şərq sahillərində dar bir zolaqda və Antarktidanın müəyyən hissəsində görünəcək.

Müşahidə üçün ən əlverişli məkan isə Yeni Zelandiya və ətrafındakı kiçik adalar olacaq.

Qeyd edək ki, növbəti Günəş tutulması 2026-cı il fevralın 17-də baş verəcək və yalnız Antarktidada müşahidə olunacaq.

DOÄžRU.AZ

Chosen
15
1
dogru.az

2Sources