EN

Məktəblini maşınla vuraraq öldürən qazi məhkəmə zalından həbs edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Abdulla Ömərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs olunub.


İttihama görə, hadisə 22 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Zaqatala şəhəri, S.Kazımov küçəsində qeydə alınıb.


Belə ki, Abdulla Ömərov idarə etdiyi "Toyota Prius" markalı maşınla Zaqatala şəhəri Anar Həmidov küçəsində 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasovu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Əkbər Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Əkbər Alxasov dörd gün sonra aldığı xəsarətlərdən ölüb.


Qeyd: Abdulla Ömərov hərbi xidmətdə olan zaman düşmən minasına düşüb və bir ayağını itirib.


Kamal Məmmədov 

Tarix: 19 Sentyabr 2025, 10:10   
Chosen
61
pravda.az

1Sources