EN

Şarl Lekler: “Bakı trekində əyləc xüsusi fədakarlıq tələb edir”

"Ferrari" pilotu Şarl Lekler Bakı şəhər trasından danışıb. 

Milli.Az xəbər verir ki, trasın onun üslubuna uyğun olduğunu bildirən 27 yaşlı pilot "Motorsport"a açıqlamasında bunları deyib. 

"Şəhər treklərində həmişə özümü güclü hiss etmişəm. Bakıda kağız üzərində favorit olmasalar da, dəfələrlə podiuma yüksələnlər olub. Bu trek mənim üçün çox uyğundur. Ancaq Bakıda əyləcin xüsusi fədakarlıq tələb etdiyini qeyd etməliyəm. Təkərlərin cüzi kilidlənməsi belə hər şeyi məhv edə bilər. Bu risk və adrenalin məni həqiqətən həyəcanlandırır".

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün start götürür və yarış sentyabrın 21-də yekunlaşacaq

Tural
Milli.Az

Chosen
12
2
milli.az

3Sources