EN

Ziyafət Əsgərov: Dövlət Suverenliyinin təsbit olunması tarixi hadisədir

BAKI, 19 sentyabr. TELEQRAF

Suverenlik günü ilə bağlı Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda bu il ölkəmizdə Konstitusiya və Suverenlik ili elan edilib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Suverenlik Günü ilə bağlı keçirilən konfransda parlamentin sədr müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Dövlət Suverenliyinin tam təsbit edilməsi tarixi amildir: “Azərbaycan Konstitusiyasının qəbulu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edilib. Sonrakıdövrdə isə ölkədə müvafiq konstitusiya islahatları həyata keçirilib ki, bu da dövrün çağırışları ilə bağlıdır”.

Sədr müavini bildirib ki, 2023-cü ilin 20 sentyabrına qədər Azərbaycanın bütün ərazisində Konstitusiyası tam bərqərar edilməmişdi: “Çünki ölkəmiz 2020-ci ilin Vətən müharibəsində ərazi bütövlüyünü təmin etsə də bir qrup separatçının hələ də qalması bu məsələdə vacib addımların atılmasını zəruri edirdi. Məhz 2023-cü ilin 19-20 sentyabr tarixlərində separatçılara qarşı keçirilən antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində Konstitusiya quruluşu tam olaraq bərqərar edildi. Artıq iki ildir ki, Azərbaycan bütün ərazisində özünün Konstitusiya quruluşunu təmin edib”.

Chosen
11
teleqraf.com

1Sources