EN

“Kontakt” 28 Mall-a gəldi: Yeni məhsullar tam fərqli formatda

Paytaxtın ən gur nöqtələrindən biri olan 28 Mall bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə tam yeni formatlı 28 Mall mağazasının qapılarını müştərilərinin üzünə açıb.

Yenisabah.az xəbər verir ki, şəbəkənin çoxdandır gözlənən 28 Mall mağazasının açılış tədbirində müğənni Mərdan Kazımovun musiqili çıxışı, hədiyyəli müsabiqələr ziyarətçilərə sevinc dolu anlar yaşadıb. Bu mağaza bir çox səbəblərə görə Bakının alış-veriş xəritəsində ən çox ziyarət edilənlərdən biri olacaq. 

GENİŞ MƏHSUL ÇEŞİDİ – TAM FƏRQLİ FORMATDA Pepperoni pizza

Şəhərin mərkəzində - 28 Mall-ın birinci mərtəbəsində yerləşən bu mağaza bol çeşidli bir elektronika ünvanı olmaqla yanaşı, həm də alış-verişin tamamilə yeni bir formatıdır. Çünki burada rəqəmsal məhsullar, böyük və kiçik məişət avadanlıqları, mebel, ev tekstili, qab-qacaq kimi klassik kateqoriyalarla yanaşı, çoxlarını təəccübləndirəcək musiqi alətləri və günəş eynəkləri təqdim olunur. Yəni, indi elektronika mağazası gəlib gitara, pianoya kimi musiqi alətləri ilə qulaq zövqünüzü, eynəklər ilə isə göz zövqünüzü oxşaya bilərsiniz. 

UNİKAL DİZAYN VƏ MAKSİMUM RAHATLIQ 

“Kontakt” 28 Mall mağazasının fərqliliyi təkcə məhsul çeşidliliyi ilə bitmir. Buranın geniş, işıqlı interyeri insanı darıxdırmır, alış-verişi daha zövqlü bir prosesə çevirir. Necə deyərlər, adamın gəzdikdə gəzəsi gəlir. Burada sanki hər kəs üçün ayrıca düşünülmüş bir konsept var. Məsələn: böyüklər rahatlıqla seçim edə bilsinlər deyə balacalar “Uşaq zonası”nda əyləncə dolu anlar yaşayır.

AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR 

Mağazanın açılış gününü bayram ab-havasında tamamlayan əsas məqam isə  müştərilərin sərfəli fürsətlərdən yararlanması olub. Çünki bu mağazada açılışa özəl nağd alışda 60%-dək endirimlər var. Üstəlik, sentyabrın 21-dək istədiyiniz məhsulun endirimli qiymətini 24 ayadək bölüb rahatlıqla ödəmək də mümkündür. 

Açılış kampaniyası hələ davam edərkən: 

Beləliklə, bütün bu təklifləri və daha çoxunu öz gözlərinizlə görmək üçün böyük açılış fürsətləri bitmədən 28 Mall-un birinci mərtəbəsində yerləşən yeni “Kontakt” mağazasına baş çəkməyiniz məsləhətdir.


Telegram kanalımız
Chosen
17
5
yenisabah.az

8Sources