Bu gün Misli Premyer Liqasında 5-ci tura start veriləcək.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə “Karvan” “İmişli”ni qəbul edəcək. Ötən tur “Sumqayıt”a qalib gəlsə də, (1:0) texniki məğlubiyyətlə üzləşən “komanda 5-ci pillədən 8-ci yerə yuvarlanıb. “İmişli” kimi 4 xalı olan “Karvan” isə 9-cudur.
Digər oyunda isə “Zirə” öz meydanında “Sumqayıt”la qarşılaşacaq. “Sumqayıt” 10 xalla lider, “Zİrə” isə 8 xalla 4-cüdür.
19 sentyabr
Misli Premyer Liqası, 5-ci tur
16:00. “Karvan” – “İmişli”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Şamaxı şəhər stadionu
18:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Zirə İK