EN

"Azərbaycanla yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq" - Aİ komissarı


Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. O paylaşımda qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar. SİTAT: "Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aktiv müzakirə apardıq. Regionda (Cənubi Qafqazda - red.) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bunlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmağı razılaşdırdıq. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik".

Mətləb Salahov

Chosen
38
12
baki-xeber.com

10Sources