EN

Limonlu su və digər zərərli vərdişlər dişlərinizi səssizcə məhv edir

Dişlərin çürüməsi və diş əti problemləri təkcə zəif gigiyenadan deyil, gündəlik vərdişlərdən də qaynaqlanır.

E-saglam.az xəbər verir ki, SM-Stomatology-nin stomatoloqu və periodontoloqu Viktoriya Kniss Gazeta.Ru-ya diş minasını yavaş-yavaş aşındıran və ciddi nəticələrə səbəb olan səhvləri sadalayıb.

Onun sözlərinə görə, səhər günə limonlu su ilə başlamaq və gün ərzində kruton, cips və ya kraker kimi qəlyanaltılar yemək ən zərərli vərdişlərdəndir. Limon turşusu diş minasını zəiflədir, qəlyanaltılar isə dişlərin səthinə yapışaraq bakteriyalar üçün əlverişli şərait yaradır. Nəticədə, çürüklərin inkişafı sürətlənir.

Həkim həmçinin dişlərin butulka açmaq, ip və ya plastik qablaşdırma dişləmək üçün istifadə edilməsini təhlükəli adlandırıb. Bu vərdişlər minada mikroçatlara, diş bağlarının zədələnməsinə və hətta diş itkilərinə gətirib çıxara bilər. Qələm və dırnaq dişləmək də dişlərdə mikroçiplərə, oklüziya problemlərinə və infeksiyalara səbəb olur.

Kniss bruksizmin – xüsusilə yuxuda dişlərin sıxılması və üyüdülməsinin – də ciddi təhlükə yaratdığını vurğulayıb. Bu, minanın sürətlə aşınmasına, diş həssaslığına, çənə ağrılarına və hətta plombların və tacların məhv olmasına gətirib çıxarır.

Problemlərin qarşısını almaq üçün həkim aşağıdakı tövsiyələri verib:

 •Turşulu qidalar və içkilərdən sonra ağzı su ilə yaxalayın, dişləri isə yalnız 30 dəqiqə sonra fırçalayın.

Meyvə şirələri əvəzinə bütöv meyvələrə üstünlük verin.

Dişləri yalnız təyinatı üzrə – yemək çeynəmək üçün istifadə edin.

Bruksizmlə mübarizə üçün istirahət üsullarından istifadə edin, lazım gəldikdə xüsusi qoruyucu qapaqlar taxın.

İldə iki dəfə profilaktik müayinəyə gedin və peşəkar ağız gigiyenası etdirin.

Əvvəllər diş həkimi dişlərin effektiv qorunması üçün faydalı məsləhətlərini də paylaşmışdı.

Tərcümə: Nəzrin Abbas 

E-saglam.az

Chosen
23
e-saglam.az

1Sources