"Formula-1" üzrə Azərbaycan Qran-prisi başlayır.
"Cebheinfo.az" xəbər verir ki, bu gün Bakı sayca 9-cu yarışa ev sahibliyi edəcək.
Əvvəlcə saat 10:00-da "Formula-2" kateqoriyasında sərbəst yürüş baş tutacaq. Daha sonra 12:30-da "Formula-1" kateqoriyasında ilk sərbəst yürüş, 14:00-da "Formula-2" kateqoriyasında sıralama turu, ardınca isə 16:00-da "Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başlayacaq.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula-1" üzrə sərbəst yürüşlər, "Formula-2" üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.
"Cebheinfo.az"