EN

Formula 1: Bakıda 9-cu yarışa bu gün start verilir

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti raunduna – Azərbaycan qran-prisinə start veriləcək.

Arena.az xəbər verir ki, Bakıda təşkil edilmiş yarışın ilk günündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, Formula 2-də də sınaq yürüşü ilə yanaşı, sıralama turu gerçəkləşəcək.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hamilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə “Maklaren”dən Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan qran-prisinədək “Maklaren” pilotu Oskar Piastri 324 xalla cari mövsümün lideridir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, “Red Bull”dan Maks Ferstappen (230 xal) üçüncüdür.

Mühəndislər Kubokunda isə “Maklaren” liderdir – 617 xal. “Ferrari” ikinci (280 xal), “Mersedes” (260 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan qran-prisində ilk günün proqramı:

10:00. Formula 2: Sərbəst yürüş
12:30. Formula 1: Birinci sərbəst yürüş
14:30. Formula 2: Sıralama turu
17:00. Formula 1: İkinci sərbəst yürüş

error: Məzmun qorunur!
Chosen
18
3
arena.az

10Sources