EN

Bu ölkədə həftəsonu skuter icarəyə verilmir

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə il əvvələdək skuter sahəsində kifayət qədər mülayim davranan Avropa ölkələri indi obrazlı desək, “qaykaları sıxır”. Səbəb də hər yerdə eynidir: skuter kütləviləşdikdən sonra onların iştirakı ilə qəzalar da artır.

Avtosfer.az-ın xəbərinə görə, Finlandiyada həftəsonu skuterlərin icarəsi qadağandır. Səbəb spirtli içki qəbul edənlərin çox olmasıdır. Sürücülər kimi skuter istifadəçisi də spirtli içki qəbul edə bilməz. Polis onların yol hərəkəti qaydalarına nə dərəcədə əməl etdiyini də yoxlayır.

Bundan başqa, bütün ikitəkərli nəqliyyat vasitələri kimi skuter istifadəçiləri üçün də dəbilqə taxmaq məcburidir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
avtosfer.az

1Sources