EN

Ramil Əliyev: “Dövlət suverenliyi onun varlığının hüquqi əsasını təşkil edir”

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib ki, Dövlət Suverenliyi Günü bütün xalq üçün əlamətdar gündür və hər kəsi təbrik edir:

“Dövlət suverenliyi hüquqi baxımdan dövlətin həm daxili, həm də xarici münasibətlərində ali və müstəqil hakimiyyətə malik olması kimi izah oluna bilər. Bu anlayış bir çox əsas elementi özündə birləşdirir. Məsələn, ali hakimiyyət dövlətin ərazisi daxilində yeganə və güclü olması deməkdir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətini həyata keçirmək hüququ yalnız dövlətə məxsusdur və heç bir daxili qüvvə dövlətin iradəsindən üstün ola bilməz”, – deyə R. Əliyev vurğulayıb.

Ekspert əlavə edib ki, dövlət suverenliyi yalnız müəyyən bir hissədə deyil, bütün əraziyə, əhaliyə və bütün institutlara şamil olunur:

“Hətta beynəlxalq hüquq baxımından da suverenlik dövlətin digər dövlətlərlə bərabərhüquqlu münasibətlərini təmin edir. Qısacası, dövlət suverenliyi onun varlığının hüquqi əsasını təşkil edir və qanunvericilik, idarəetmə və beynəlxalq münasibətlərin müstəqilliyini qoruyan fundamental prinsiplərdən biridir”, – deyə Ramil Əliyev qeyd edib.

Ardı var...

 

Pərvanə Fərhadqızı

Chosen
4
qht.az

1Sources