EN

Xaçmazda yol kənarından meyit tapıldı

Xaçmazda yol kənarından meyit tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Quba-Xaçmaz yolunun Armudpadar kəndindən keçən hissəsində kişi meyiti aşkarlanıb.

Ölən şəxsin Vəfalı Qabil oğlu Haqverdiyev olması müəyyən edilib.

Epilepsiyadan əziyyət çəkdiyi bildirilən şəxsin hansı səbəbdən ölməsi hələlik dəqiqləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
56
4
bakivaxti.az

5Sources