EN

Türkmənistan Macarıstanla təmasların genişləndirilməsi barədə razılığa gəldi

BAKI, 19 sentyabr. TELEQRAF

Türkmənistanın Pakistandakı səfiri Atacan Mövlamov Macarıstanın bu ölkədəki yeni səfiri Zoltan Varqan ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.

Türkmənistanlı diplomat İslamabaddakı diplomatik korpusun fəaliyyətindən danışıb, onun Pakistanın dövlət, biznes və mədəni qurumları ilə əlaqələrin gücləndirilməsində rolunu qeyd edib.

Tərəflər konstruktiv qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər, regionda və onun hüdudlarından kənarda sabitlik, qarşılıqlı anlaşma və davamlı inkişaf üçün regionlararası təmasların genişləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Chosen
13
teleqraf.com

1Sources