EN

Rusiya Ukraynaya kütləvi dron hücumu etdi

BAKI, 19 sentyabr. TELEQRAF

Ötən gecə Rusiya Ukraynaya qarşı təxminən 90 zərbə dronu ilə hücum həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ukrayna ordusu bu dronların çoxunu zərərsizləşdirib.

"Rusiyanın son dron hücumları Donetsk, Kiyev, Sumı, Xarkov, Çerniqov və Dnepropetrovsk vilayətləri hədəfə alıb. Hücum nəticəsində Pavlohradda iki nəfər xəsarət alıb, Kiyevdə ictimai nəqliyyat infrastrukturu zədələnib. Hazırda bərpa işləri davam etdirilir. Beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ sülh çağırışı etdiyi bir vaxtda Rusiya mülki obyektləri hədəfə alır. Ukrayna ABŞ ilə dronlar və silah tədarükü üzrə iri miqyaslı sazişlərin müzakirəsini aparır. Rusiya diplomatiyaya razılıq verməsi üçün qətiyyətli addımlar atılmalıdır", – Zelenski vurğulayıb.

Ölkə başçısı Ukraynaya dəstək göstərən bütün tərəflərə təşəkkürünü bildirib.

Chosen
22
teleqraf.com

1Sources