EN

Sərvəti 44 milyon oldu

Olay.az saytına istinadən ain.az xəbər verir.

Sərvəti 44 milyon oldu

Məşhur model və aktrisa Kara Delevinin sərvəti 44 milyon funt-sterlinq olub.

OLAY yazır ki, onun şirkəti son bir ildə sərvətini 3 milyondan 44 milyon funt-sterlinqə yüksəldib. Bu artımın əsas səbəbləri kimi isə uğurlu sərmayə yatırımı və təxminən 850 min dəyərindəki incəsənət əsərləri göstərilir.

Delevin 2022-ci ildə spirtli içki və narkotik maddənin təsirindən bitkin halda paparatsiyalara yaxalanır və bundan sonra həyatını dəyişmək qərarı alır. 

Model o dövr üçün: “Spirtli içki və narkotikin məni yaxşı etdiyini düşünürdüm, amma əslində məni daha da tükəndirirdi. Reabilitasiya mərkəzində 12 addımlıq müalicə proqramına qoşuldum və həyatımda yeni başlanğıc etdim. İndi əvvəlki gücümü geri qazanmışam və başqa şeylərin məni idarə etməsinə icazə vermirəm” – deyə, o, bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
olay.az

2Sources