EN

“Bu hadisədə günah yalnız böyüklərdədir” Ərşad Hüseynov

Adelet.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Təəssüf ki, belə acı xəbərlər gəlməkdədir. Nə qədər ki, real bir iş görülməyəcək, belə xəbərlər də gəlməkdə davam edəcək. Lənkəran rayonunun Şovu kəndində, Lənkəran-Lerik yolunda məktəbə gedən 8 və 9 yaşlı bacı-qardaş Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib”.

Adalet.az xəbər verir ki, hüquqşunas Ərşad Hüseynov Lənkəranda baş verən dəhşətli qəza haqqında danışarkən bunları deyib. 

Ekspert deyib ki, bu hadisədə günah yalnız böyüklərdədir: 

“Çox ağır faciədir. Onların valideynlrinə və yaxınlarına təsəlli verəcək söz tapmaq çox çətindir. Allah rəhmət eləsin. Hadisəyə hüquqi qiymət vermək fikrində deyiləm, bunun üçün təfərrüatları da bilmirəm. Lakin bircə şeyi dəqiq bilirəm. Bu faciədə həmin uşaqların heç bir günahı yoxdur. Günah yalnız böyüklərdədir: təhlükəsiz yol tikə bilməyən, təhlükəsiz avtomobil idarə edə bilməyən, təhlükəsiz sürücü hazırlaya bilməyən, uşaqlara yollarda təhlükəsiz davranışı öyrədə bilməyən böyüklərdə”. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
5
adalet.az

10Sources