“Qalatasaray”ın futbolçusu İlkay Gündoğan “Ayntraxt” (Frankfurt) oyunundan (1:5) sonra açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, o, məğlubiyyəti belə dəyərləndirib:
“Çox üzgünük. Birinci hissə yaxşı oynadıq və ilk qolu tapmaq bizi motivasiya etdi. İkinci qolu vurmaq üçün də imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Rəqib bərabərlik qolunu vurandan sonra komandada ruh düşkünlüyü hiss etdim və ardınca iki sadə qol buraxdıq. Çempionlar Liqasında belə səhvlər etmək olmaz. Rəqiblər bunu bağışlamır.
Bu bizim üçün üzücü bir axşam oldu, amma öyrənəcəyimiz çox şey var. Gələcək matçlarda daha yaxşı olmalıyıq. Bu formanı daşımaqdan qürur duyuram. Azarkeşlərimizə təşəkkür edirəm və üzr istəyirəm. Daha çox çalışacağıq və daha güclü qayıdacağıq. Mən bu komandaya inanıram. Qarşıdakı oyunlarda daha yaxşı performans göstərəcəyik”.