EN

Azərbaycan 110 milyon dollara yaxın Gürcüstan məhsulu aldı

TBİLİSİ, 19 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 109,4 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkədən yerli məhsul tədarükü illik müqayisədə 22,3% artıb.

Qeyd olunan dövrdə Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 5,4% payla qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin, Bolqarıstan və Ermənistandan sonra VI yerdə qərarlaşıb.

Gürcüstandan ixrac olunmuş yerli məhsulların ümumi dəyəri isə 4,44 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 6,7% çoxdur.

İlk səkkiz ayda Gürcüstandan ən çox ixrac olunmuş yerli istehsal məhsullarının ilk onluğunda qiymətli metal filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, ferroərintilər, təbii, mineral və qazlı sular, şəkər əlavəli sular, mineral gübrələr, qızıl, qoz-fındıq, müxtəlif üst köynəkləri yer alıb.

Chosen
25
teleqraf.com

1Sources