Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında ümumilikdə 18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilmişdir.
Bu barədə “Cebheinfo.az”-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhəri üzrə 14 740 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 11 030 (onlardan orta məktəb şagirdləri - 1036 nəfər), Qarabağ Universiteti üzrə tələbə heyəti 2210 nəfər, hərbiçilər (ailə üzvləri ilə birgə) 1 500 nəfərdir.
Ağdərə rayonu üzrə 1 773 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 248 (iş üzərində gələnlər) nəfər, məskunlaşmış keçmiş məcburi köçkünlər 1 525 nəfər, Xocalı rayonu üzrə isə dövlət və özəl qurumlar üzrə çalışanların ailə üzvləri ilə bir yerdə 2 170 nəfərdir.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.