EN

Lənkəranda ağır FACİƏ… “Günah yol tikə bilməyənlərdədir” Ekspert

Tribuna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lənkəran rayonunun Şovu kəndində, Lənkəran-Lerik yolunda məktəbə gedən 8 və 9 yaşlı bacı-qardaşı “Mercedes” markalı avtomobil vurub. Hər iki məktəbli hadisə zamanı dünyasını dəyişib.

Tribunainfo.az xəbər verir ki, baş verən ağır faciə ilə bağlı danışan yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib ki, nə qədər ki, real bir iş görülməyəcək, belə xəbərlər də gəlməkdə davam edəcək:

“Təəssüf ki, belə acı xəbərlər gəlməkdədir. Hadisəyə hüquqi qiymət vermək fikrində deyiləm, bunun üçün təfərrüatları da bilmirəm. Lakin bircə şeyi dəqiq bilirəm. Bu faciədə həmin uşaqların heç bir günahı yoxdur. Günah yalnız böyüklərdədir: təhlükəsiz yol tikə bilməyən, təhlükəsiz avtomobil idarə edə bilməyən, təhlükəsiz sürücü hazırlaya bilməyən, uşaqlara yollarda təhlükəsiz davranışı öyrədə bilməyən böyüklərdə…

Çox ağır faciədir. Onların valideynlrinə və yaxınlarına təsəlli verəcək söz tapmaq çox çətindir. Allah rəhmət eləsin”.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
5
tribunainfo.az

10Sources