EN

AEBA qətnamə qəbul etdi - Zaporojye AES dərhal azad olunmalıdır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransı Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasını Ukraynanın nəzarətinə qaytarmağa çağıran qətnamə qəbul edib.

News365.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi Agentliyə istinadən məlumat yayıb.

    Məlumata görə, “Ukraynada nüvə təhlükəsizliyi, fiziki nüvə təhlükəsizliyi və təminatlar” adlı sənədi 62 üzv dövlət dəstəkləyib. Qətnamədə Moskvanın Zaporojye AES-i dərhal azad və demilitarizasiya etməsi, stansiyanın tam nəzarətini Ukraynaya qaytarması tələb olunur.

    Qətnamə Ukrayna və onun beynəlxalq tərəfdaşlarının təşəbbüsü ilə qəbul olunub.

    Sənəddə həmçinin, stansiya ərazisindən bütün icazəsiz hərbi və digər personalın dərhal çıxarılması ilə bağlı birbaşa çağırış yer alıb.

    Chosen
    13
    4
    news365.az

    5Sources