EN

Şimali Koreyada yeni PUA lar sınaqdan keçirilib

ain.az bildirir, Ayna portalına istinadən.

Kim Çen In pilotsuz silahların sınaqlarına nəzarət edib

Şimali Koreyada ölkə lideri Kim Çen Inın rəhbərliyi altında pilotsuz təyyarələrin sınaqları keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Sentyabrın 18-də Kim Çen In Pilotsuz Təyyarə Assosiasiyasının nəzdindəki elmi-tədqiqat institutları və müəssisələrində hazırlanıb istehsal olunan pilotsuz aparatların imkanlarının sınaqlarına nəzarət edib”, - deyə məlumatda vurğulanıb.

O müxtəlif pilotsuz silahların, o cümlədən strateji və taktiki kəşfiyyat PUA-larının və çoxməqsədli pilotsuz təyyarələrin xüsusiyyətlərini və döyüş tətbiqi imkanlarını nəzərdən keçirib.

Şimali Koreya lideri həmçinin Pilotsuz Təyyarələr Assosiasiyasının texniki potensialının daha da genişləndirilməsi və gücləndirilməsi üçün təşkilati və struktur tədbirləri özündə əks etdirən sənəd layihəsini bəyənib və imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
ayna.az

1Sources