EN

Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb

ain.az bildirir, Gununsesi portalına istinadən.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının başçıları hər ay vətəndaş qəbulu keçirir.

İlk dövrlər  bu cür qəbullar cəmiyyətdə müsbət qarşılanırdı. Çünki, problemi olan, haqsızlıqla üzləşən insanlar birbaşa nazirin özüylə məsələni danışa bilirdi.

Amma zaman keçdikcə bu ənənə formal xarakter daşıdı.

Belə ki, bir çox nazir və komitə rəhbərləri bölgələrə gedərkən vətəndaş qəbulu adı altında öz tabeçiliklərində olan şəxlərlə görüşür.

Buna nümunə kimi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun  elə bugünlərdə Xaçmazda vətəndaş qəbulu adıyla bölgə mollaları ilə görüşünü göstərmək olar.

Gununsesi.info-nun xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 15-də Şabran rayonunda vətəndaşları qəbul edib.

Rəsmi açıqlamaya görə, qəbul zamanı  Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşlar dinlənilib.

Ancaq görüşdən yayılan fotolarda komitə sədrinin qəbulunda olanların sadə vətəndaşlar deyil, din xadimləri olduğu görünür.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
icma.az

1Sources