EN

Günəş sistemindən kənarda 6 min planet kəşf edildi

NASA Günəş sistemimizin xaricində təsdiqlənmiş kənar planetlərin sayının 6 minə çatdığını açıqlayıb. Bu, 1990-cı illərdən bəri sürətlə inkişaf edən araşdırmalarda yeni rekord hesab olunur.

BAKU.WS xəbər verir ki, 1992-ci ildə ilk dəfə bir pulsar ətrafında iki planet, 1995-ci ildə isə ulduz ətrafında ilk kənarplanet kəşf edilib.

Daha sonra Kepler və TESS missiyaları ilə bu rəqəm sürətlə artıb. 2015-ci ildə 1 000-ci, 2022-ci ildə isə 5 000-ci öteplanet qeydə alınıb.

Mütəxəssislər bildirir ki, kəşf edilən planetlər çox müxtəlifdir: Günəşə bənzər ulduzlara yaxın "isti Yupiterlər", bir neçə saata orbitini tamamlayan sürətli planetlər, bir üzü həmişə isti, digər üzü isə buz kimi olan dünyalar və hətta dəmir yağmuru ehtimalı olan qəribə atmosferlər.

Alimlər növbəti mərhələdə Yerə bənzər öteplanetlərdə həyat izlərini axtarmağı hədəfləyirlər. NASA-nın açıqlamasına görə, bu kəşf kainatda "tək olub-olmadığımız" sualına cavab tapmaq üçün mühüm addımdır.

Chosen
87
far.az

1Sources