EN

“Dövlət suverenliyi və xalq suverenliyi fərqli anlayışlardır” - Zahid Oruc

“Parlament, rezident və digər dövlət orqanları xalqın səsi ilə formalaşdırılır. Əgər hakimiyyət orqanlarını xalq seçmirsə, onların üzərində legitimlik olmaz. Amma əgər hakimiyyətin mənbəyi xalqdırsa, dövlət suverenliyinin daşıyıcısı da xalqdır. Dövlət suverenliyi və xalq suverenliyi fərqli anlayışlardır və müxtəlif parametr və funksiyaları əhatə edir. Azərbaycanda hakimiyyət xalq tərəfindən formalaşdırıldığı üçün xalqın suverenliyi təmin olunur. Digər qanunvericilik və Konstitusiyada dövlət suverenliyi anlayışı əlavə edilsə də, əsas olan xalqın roludur. Azərbaycan ərazisi bütöv və vahiddir və bu, heç bir formada şübhə altına alınmır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda səsləndirib.

Deputat qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü və dövlətçilik prinsipləri qorunur: “Müzakirələr elmi əsaslarla aparılır, dövlətimiz güclü və ərazisi bütöv olaraq qalır. Bu, xalqın və dövlətin birgə səyləri ilə təmin olunur”.

Chosen
14
1
sia.az

2Sources