EN

“Əla transferdir” - Benites “Qarabağ”ın rəqibinin yeni hücumçusu haqda dedi

“Liverpul”un sabiq baş məşqçisi Rafael Benites Aleksander İsakın klubunu dəyişməsi barədə fikirlərini bölüşüb.

25 yaşlı hücumçu yay transfer pəncərəsində “Nyukasl”dan “Liverpul”a 144 milyon avroya keçib.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, Benites “Nyukasl”dakı insanlarla danışdığını, onların İsaka görə darıxdıqlarını bildirib:

“Bir sirri açım: Mən “Nyukasl”dakı insanlarla danışdım, onlar İsaka görə darıxırlar. O, çox yaxşı oynayırdı.

Çevik hərəkət edir, həm mərkəzdə, həm də cinahda çıxış edə bilir, arxaya qaçışlar edir və driblinqlə fərqlənirdi. Məncə, bu, “Liverpul” üçün əla transfer, “Nyukasl” üçün isə böyük itkidir”.

İsveçli forvard yeni klubunda debütünü sentyabrın 17-də, Çempionlar Liqasında “Atletiko” ilə oyunda edib və 58 dəqiqə meydanda olub. Onun komandası 3:2 hesabı ilə qalib gəlib.

“Liverpul” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Chosen
19
sportinfo.az

1Sources