EN

Çempionlar Liqasında iştirak edən ən zəif komanda - “Qarabağ” dedilər

Çempionlar Liqasında iştirak edən komandalar dəyərlərinə görə sıralanıb.

Sportinfo.az xəbər verir ki, məşhur “Goal” nəşri 36 klubdan ibarət reytinq yaradıb.

"Benfika” üzərindəki 3:2 hesablı qələbəyə baxmayaraq, “Qarabağ” cədvəlin sonuncu – 36-cı pilləsində göstərilib. Bu isə o deməkdir ki, Azərbaycan çempionu Liqa mərhələsinin ən zəifi hesab olunur.

Ondan yuxarı pillələrdə – 30-36-cı pillələrdə müvafiq olaraq “Union” (Belçika), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Pafos” (Kipr) və “Kayrat” (Qazaxıstan) qərarlaşıblar.

Çempionlar Liqasında cari mövsümün ən güclüsü İspaniya nəhəngi “Barselona” sayılır. İkinci pillədə turnirin son qalibi olan PSJ (Fransa) yer alır. İlk “üçlüy”ü isə İngiltərə təmsilçisi “Liverpul” qapayır.

Chosen
10
sportinfo.az

1Sources