EN

Elşad Nəsirov: Azərbaycanın Konstitusiyasının yenidən təkmilləşdirilməsi zəruridir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Bu gün bütün ərazisində suverenliyini tam bərpa etmiş Azərbaycanın Konstitusiyasının yenidən təkmilləşdirilməsi istiqamətində müəyyən zərurətlər meydana çıxıb".

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov deyib.

O bildirib ki, Milli Məclis bu istiqamətdə ilk addımını atıb:

"Belə ki, iyun ayında Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisi ilk oxunuşda qəbul edib. Təbii ki, həmin qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının bir çox müddəalarını dəyişməklə muxtariyyətin statusunda müəyyən yenilənməni əks etdirib. Azərbaycan Respublikasının Konstitusiyasının bir fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının hüququ statusuna həsr olunub.

Konstitusiyaya görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Müasir dövrdə Naxçıvan Muxtar Respublikasının hüquqi statusunun müəyyənləşdirmək, onun təhlükəsizliyinə təminat vermək Azərbaycan dövlətinin tam imkanları çərçivəsindədir. Naxçıvan Konstitusiyasında dəyişikliklər ediləcəksə, istər-istəməz Azərbaycan Respublikasının Konstitusiyasında da müvafiq dəyişiklərin edilməsi zərurəti meydana çıxacaq".

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
6
oxu.az

7Sources