EN

Rusiya boşalır : Ölkə əhalisi Rusiyanı tərk edir 

Vətəninfo.az xəbər verir ki, “Dəqiq olsan” layihəsinin araşdırmasına görə, XXI əsrin sonuna doğru Rusiya əhalisi kəskin azalaraq təxminən yarıya enəcək. Proqnozlara əsasən, 2100-cü ildə ölkədə əhali 81 milyon nəfərə, miqrasiya olmadan isə cəmi 68 milyon nəfərə qədər düşə bilər.

Məlumata görə, miqrasiya əhalinin azalmasının qarşısını alan əsas amil olaraq qalır. Əks halda, Moskva və ətraf region 2,5 dəfə, Sankt-Peterburq isə iki dəfədən çox sakinini itirəcəkdi.

Hesabatda qeyd olunur ki, əsrin sonuna qədər Rusiyada hər dörd nəfərdən biri 65 yaşdan yuxarı olacaq. Uşaqların nisbəti isə 13%-ə enəcək ki, bu da təqaüdçülərə qulluq etməli olan işçi qüvvəsinin yükünü daha da artıracaq.

Chosen
27
veteninfo.az

1Sources