EN

AYİB Türkiyənin "DenizBankı"nın yaşıl istiqraz buraxılışını dəstəkləyib

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) ölkədə yaşılmaliyyənin əlçatanlığının genişləndirilməsi məqsədilə Türkiyənin“DenizBank”nın yaşıl istiqrazlarının buraxılmasına 100 milyon ABŞdolları (86,4 milyon avro) həcmində investisiya qoyub.

Bu barədə TrendAvropa Yenidənqurma və İnkişaf bankına istinadən xəbər verir.

Qeyd olunur ki, istiqraz buraxılışının ümumi həcmi təxminən 270milyon ABŞ dolları (233,2 milyon avro) təşkil edir və cəlb olunanvəsaitlər özəl sektorda müvafiq ekoloji layihələrinmaliyyələşdirilməsinə yönəldiləcək. Buraya bərpa olunan enerji,enerji səmərəliliyinin artırılması və ekoloji binaların tikintisiilə bağlı layihələr daxildir.

“Yaşıl istiqrazların buraxılışı “DenizBank”ın DayanıqlıMaliyyələşmə Strategiyası çərçivəsində həyata keçirilir vəBeynəlxalq Kapital Bazarı Assosiasiyası (ICMA) tərəfindən işlənibhazırlanmış Yaşıl İstiqraz Prinsiplərinə uyğundur. Bu, bankın buqəbildən olan bir neçə istiqraz buraxılışından biridir və onlarınümumi həcmi müxtəlif tranşlarla birlikdə təxminən 350 milyon ABŞdolları (302,3 milyon avro) təşkil edir.

AYİB fəaliyyət göstərdiyi ölkələrdə innovativ yaşıl maliyyələşməalətlərini dəstəkləyir, ekoloji yönümlü maliyyəyə çıxış imkanlarınıgenişləndirməyə və kapital bazarlarının inkişafına töhfə verməyəçalışır”, -deyə məlumatda bildirilir.

Məlumata əsasən, AYİB-in “DenizBank” istiqraz buraxılışındaiştirakı Türkiyədə yaşıl istiqrazlar bazarının inkişafınınstimullaşdırılmasına və beynəlxalq kapitalın cəlbinə yönəlib.Bundan əlavə, bu addım Türkiyə banklarının davamlı kreditportfellərinin genişləndirilməsinə və onların innovativ yaşılmaliyyə məhsullarını tətbiq etməsinə vasitəçilik etməlidir.

“AYİB Türkiyə iqtisadiyyatının əsas investorlarından biri olaraqqalır: 2009-cu ildən bank əsasən özəl sektora olmaqla, 495 layihəvə ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində 22 milyardavrodan çox investisiya yatırıb”, - deyə AYİB məlumatındavurğulanır.

Məqalədə:
Chosen
3
az.trend.az

1Sources