EN

VAXTIN TAXTI - “İYİRMİ DÖRD SAAT”

19 sentyabr - Azərbaycanda erməni separatizminin kökünün kəsildiyi günün (antiterror əməliyyatı) ikinci ildönümüdür.

Hər saniyə,  dəqiqəsi
qəhrəmanlıq salnaməsi - 
 “24 Saat”!
Vətən torpağına içilən and -
 Neçə-neçə  Şəhid  Ad...
 O saatlarda Xocalı bir Bayraq dikəldi,
 “44 Gün” bir boy diksinmişdi...
Daha neçə-neçə əsir-yesir yurd yerimiz 
sinəmizdə çalın-çarpaz dərd-sərimiz...
Korşalan yaddaşımızın yadırğadığı, 
yağıların yağmaladığı, 
gəda yadların-yanların yalmandığı
yurd yerimiz Xankəndimiz
 “24 Saat”la  gələndə üzbəüz,
qərinələr, illər 24 saata sığındı, sığdı.
 Üzündün-gözündən zəfər sevinci yağdı.
Yağdı  zəfər sevinci 
qələbə qoxulu qazilərin qayəsindən.
Yağdı Tanrı yarı Şəhidlərin ruhuna
Azərbaycan səmasından,
Uca Bayraq simasından, 
Qarabağın havasından,
Xarıbülbül həvəsindən,
Ərənlərin dünyasından,
Anaların duasından,
Körpələrin yuxusundan,
Dan yerinin yaxasından 
cənnət qoxulu rəhmət.
“24 Saat” Azərbaycanın haqq səsi!
Hər saniyə,  dəqiqəsi
qəhrəmanlıq, Zəfər salnaməsi - 
“24 Saat” Qarabağ vaxtı -
 Vaxtın taxtı!
         

Tapdıq ƏLİBƏYLİ

Chosen
20
2
sabahinfo.az

3Sources