EN

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirib

Baş prokuror Kamran Əliyevin Naxçıvana səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda muxtar respublika, Naxçıvan hərbi, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının birliyimizin, həmrəyliyimizin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bariz nümunəsi olduğunu bildirərək, Ulu Öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə Birinci vitse-prezident Mehriban Əliyevanın da yaxından iştirakı ilə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.

Bundan sonra Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə yol verilmiş nöqsanlar müzakirə edilib.

Müşavirədə, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev muxtar respublikanın prokurorluq orqanlarında görülən işlər barədə məlumat verib, Baş Prokurorluğun muxtar respublika prokurorluğuna daim diqqət və qayğısı, eləcə də, digər-hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyəti barədə ətraflı məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq- mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Daha sonra Baş prokuror Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Hərbi Prokurorluğunun bir qrup əməkdaşını xidmətdə fərqləndiklərinə görə prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ərəfəsində təltif edib.

Chosen
60
28
azerbaijan-news.az

10Sources