EN

“İlham Əliyev hər şeyi dəyişdirdi, tarixin oxunu fırlatdı” Politoloq

Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“19 sentyabr? Elə sıradan bir gün, yoxsa tarixində ilk dəfə suverenliyə qovuşmaq bayramı? Pardon, 20 sentyabrda oldu axı Dövlət Suverenliyi Günü. Bəs, buna qədər:? Azərbaycan müstəqil idi, amma suveren deyildi. Çünki ərazisi işğalda qalmışdı. Suverenlik? - qlobal sistemdən baxanda ölkənin müstəqil qərar qəbul edə bilmə qabiliyyəti və ərazi bütövlüyünün tam təminidir. Milli kimlik?  Axı biz tərs kimi məhz bu lənətə gəlmiş mürəkkəb regional maraqlar ucbatından onu da yarımçıq formalaşdırırdıq”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatı haqda danışarkən deyib:

“İdeoloji qırıqlıq, gözüqıpıq, faciələrlə dolu səhnələr ekranlardan evlərə daşdı, faciələr həyat şərtimizə, yaşamımızın olmazsa olmazına çevrildi, içərisində də çox pis bir qorxu, öfkə və məzlumluq. Əlbəttə bu coğrafiyanın şərtləri belə idi, Azərbaycanı əhatə edən ölkələrin bitib-tükənməyən imperial maraqları, ərazi iddiaları, bu coğrafiyada sağ qalmaq, dövlətçilik elan etmək, güclənmək, sonra da suveren olmaq:? Yoxdur axı tarixdə nümunəsi ki, üç imperiya varisinin və ya özünün qənşərində kimliyini inşa edəsən. Bir sözlə, son 300 illik tarixi geri çevirmək, yeni qalibiyyət erası başlatmaq, hamısı sentyabrın hekayələridir. İstər 27, istər 19, 20. Budur:  səmada çaxan şimşəyin effekti, budur dənizdə qalxan tufan, budur, dağlardan gələn qar dalğası. Çünki bu coğrafiyanın məğlubiyyət əsaslı formalaşan dinamikalarını dəyişdirmək qeyri-mümkün olub. Bütün münasibətlər, işğal gücləri arasındakı balans məhz bu qaydalara söykənib. Onlar bunu beləcə davranışa oturdublar, düzən bu olub bölgədə. Amma İlham Əliyev hər şeyi dəyişdirdi, tarixin oxunu fırlatdı, yeni dövlət qurdu, özü də başı papaqlı - Suveren dövlət”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
3
adalet.az

4Sources