Türkiyənin Qırıqqala (Kırıkkale) rayonunda Yaxşıxan (Yakşihan) Bələdiyyəsinə qarşı aparılan rüşvətlə bağlı istintaq çərçivəsində AKP-çi bələdiyyə başçısı Əhməd Sunqur saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, səhər saatlarında keçirilən əməliyyat zamanı Əhməd Sunqurla yanaşı bələdiyyə əməkdaşlarının da aralarında olduğu 7 nəfər saxlanılıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.